Aknews.az
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
Qeyd edilib ki, son dövrdə miqrasiya nəticəsində ölkə daha 500 min nəfər əhali itirib.
Xatırladaq ki, 2022-ci ildə genişmiqyaslı müharibə başlamazdan əvvəl Ukraynanın əhalisi təqribən 41- 42 milyon nəfər idi.
Aknews.az
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
APA-nın yerli bürosunun məlumatına görə, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxsin vəkili iştirak etməyib.
Hakim təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, müdafiəçiləri növbəti prosesdə iştirak etməyəcəyi təqdirdə onlar dövlət hesabına vəkillə təmin ediləcəklər.
Məhkəmənin növbəti iclası 30 oktyabra təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.
İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
"TikTok-a görə mənə gəlir vergisi borcu hesablanıb"
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələyə aydınlıq gətirilməsini istəyib. Səmra bildirib ki, son bir il altı aydır Sumqayıtda sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat verir. Lakin indi ona gəlir vergisi ilə bağlı borc hesablanıb.
Model üç il əvvəl də eyni problemlə üzləşdiyini və borcun silindiyini qeyd edib. O, vergi növünün dəyişdirilməsinin səbəbini anlamadığını vurğulayıb:
“Əgər vergi idarəsi mənə sadələşdirilmiş vergi tətbiq edirsə, niyə gəlir vergisi ilə bağlı məktub göndərir? Üç il əvvəl belə problem yaşadım, borcu sildilər. İndi eyni hal yenə təkrarlanır. Yoruldum artıq. Özləri təyin edir, sonra özləri dəyişirlər. Bu, nə dərəcədə düzgündür?
TikTok necə gəlir vergisinə cəlb oluna bilər? Ora hər ay gəlir gətirən platforma deyil. Bəzən qazanc olur, bəzən olmur. Deyirlər ki, xaricdən gəlir əldə edirəm. Bu, sosial şəbəkədirsə, izləyicilərim azərbaycanlıdırsa və Azərbaycan dilində yayımlar edirəmsə, niyə bu gəlir xarici gəlir sayılır?
Mən sadəcə açıqlama gözləyirəm. Əgər sizin idarənizdə hesabat aparmışamsa, niyə bu vəziyyətə düşməliyəm?”.
Səmra əlavə edib ki, borc min manat hesablanıb.
Sabah bəzi yerlərdə yağış yağacaq
Bildirilib ki, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
TEREF bildirir ki, sosial şəbəkələrdə geniş çevrələrdə müzakirə predmetinə çevrilən bu xəbər unudulmamış daha bir məlumat da yayılıb.
Yenə də icra başçısının qızının adı çəkilir. Xatırladaq ki, Cahan Rəhimova mərhum Gənclər və İdman Naziri Azad Rəhimovun oğlu Arif Rəhimovla evlidir. Və elə yeni xəbərdə də deyilir ki, Fransada bahalı əmlak alış-verişinin ardından Cahan xanımın həyat yoldaşı Paris və Fransanın daha bir neçə şəhərini əhatə edən ticarət şəbəkəsi qurub.
Mənbə iddia edir ki, bu şəbəkə Azərbaycanda olan məmurlar üçün əslində bir fürsət tanıyır: "Söhbət Azərbaycanda oğurlanan büdcə pullarının Fransa araçılığı ilə yuyulmasından gedir. Məhz Niyazi Bayramovun kürəkəni belə bir xidməti göstərməyə başlayıb".
Bu məsələ ilə bağlı konkret sənədlərin də təqdim olunacağını iddia edən mənbə daha yeni bilgiləri də anons edib:
Şirkətlər əslində Cahan xanım Rəhimova tərəfindən yönləndirilir...
Bu işdə Niyazi Bayramovun hansı payı var..?
Aknews.az
Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
Narazılıq yaradan görüntülərdən məlum olur ki, Zümrüd Vəliyeva və doğum gününə yığılan dostları kollecin bir neçə əməkdaşının işdən çıxarılmasını gülüşlə qarşılayıblar.
Belə ki, Zümrüd Vəliyevanın ad günü tədbirindən yayılan görüntülərdə iştirakçılardan birinin gələn il daha çox işçinin ixtisar ediləcəyinə dair ifadəsi diqqət çəkib. Həmin fikir kollecdə gələcək kadr dəyişiklikləri ilə bağlı müzakirələrə yol açıb.
Əməkdaşların işdən azad edilməsinin səbəbləri, bu qərarların hansı meyarlar əsasında verilməsi və gələcəkdə yeni ixtisarların nəzərdə tutulub-tutulmadığı ciddi narazılıq yaradıb. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq araşdırma aparılması vacib hesab olunur. (Bizimesr.info)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
VİDEO LİMKDƏ: https://www.bizimesr.info/az/post/rufet-ezizovun-teyin-etdiyi-kadrin-goruntuleri-yayildi--video-23918
Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
Paytaxt Bakıda parkların salınması, yaşıllıqların qorunması və sakinlərin rahat istirahəti üçün əlverişli şəraitin yaradılması şəhər mühitinin vacib tərkib hissəsidir. Lakin yaradılan bu şəraitin qorunması, ictimai məkanların mütəmadi təmizlənməsi və abadlığın davamlı təmin edilməsi də ən azı onların salınması qədər əhəmiyyətlidir.
Təəssüf ki, paytaxtın Nərimanov rayonunda yerləşən Dədə Qorqud Parkından gələn görüntülər bu məsələyə münasibətdə ciddi suallar yaradır.
Göz oxşayan istirahət məkanı baxımsızlıqla üz-üzə
Ceyhun Hacıbəyli küçəsində yerləşən Dədə Qorqud Parkı vaxtilə sakinlərin rahat istirahəti üçün yaradılmış müasir məkanlardan biri kimi diqqət çəkib. Parkın ərazisində böyük süni göl salınıb, oturacaqlar quraşdırılıb, uşaqlar üçün oyun meydançaları yaradılıb, yaşıllıq və qazon örtüyü salınaraq əraziyə yaraşıqlı görkəm verilib.
Bütün bunlar paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi, ailələrin uşaqları ilə birlikdə rahat istirahət etməsi üçün nəzərdə tutulub.
Ancaq parkın indiki vəziyyəti təəssüf doğurur. Nyus.Az-a göndərilən videoda ərazinin bəzi hissələrinin baxımsız qaldığı, oturacaqların ətrafına tullantıların atıldığı və istirahət zonasının əvvəlki səliqəli görkəmini itirdiyi görünür.
Xüsusilə parkın ərazisindəki gölün vəziyyəti narahatlıq doğurur. Görüntülərdə suyun çirkli olduğu, gölün səthində və ətrafında müxtəlif tullantıların toplandığı, hətta heyvan cəsədinin olduğu müşahidə edilir. Əraziyə atılmış boş plastik su qabları və digər zibillər isə mənzərəni daha da acınacaqlı hala gətirir.
İnsanların istirahət etməli olduğu məkanda belə mənzərənin yaranması istər-istəməz suallar doğurur: Parka kim nəzarət edir? Gölün təmizliyi niyə təmin olunmur? Ərazinin gündəlik təmizlənməsi və sanitar vəziyyətinin qorunması üçün hansı tədbirlər görülür?
Dövlət vəsaiti hesabına yaradılan məkanlar niyə qorunmur?
Parkların salınmasına, yaşıllıqların yaradılmasına və ictimai məkanların abadlaşdırılmasına dövlət vəsaiti və zəhmət sərf olunur. Bu məkanlar yalnız müəyyən bir dövr üçün deyil, uzun illər ərzində insanların istifadəsinə xidmət etməlidir.
Lakin hər hansı parkın salınması ilə iş bitmir. Onun mütəmadi təmizlənməsi, yaşıllıqların qorunması, göllərin sanitar vəziyyətinə nəzarət edilməsi, zədələnmiş avadanlıqların təmir olunması və tullantıların vaxtında yığışdırılması zəruridir.
Əks halda, vaxtilə böyük zəhmət və vəsait hesabına yaradılan gözəl bir istirahət məkanı tədricən baxımsız əraziyə çevrilə bilər.
Dədə Qorqud Parkından yayılan görüntülər də ictimai məkanların saxlanılması və onlara nəzarət məsələsinin yenidən gündəmə gətirilməsini zəruri edir.
Burada söhbət təkcə ərazinin təmizliyindən getmir. Çirkli su, göldə toplanan tullantılar və heyvan cəsədinin görünməsi sanitar vəziyyətlə bağlı da narahatlıq yaradır. Məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılması, gölün vəziyyətinin qiymətləndirilməsi və zəruri təmizlik işlərinin görülməsi vacibdir.
Nərimanov Rayon İcra Hakimiyyəti məsələyə aydınlıq gətirməlidir
Dədə Qorqud Parkının hazırkı vəziyyəti ərazinin abadlığına və təmizliyinə cavabdeh qurumların fəaliyyətini də gündəmə gətirir.
Nərimanov Rayon İcra Hakimiyyəti və parkın saxlanılmasına məsul olan aidiyyəti qurumlar mövcud vəziyyətə münasibət bildirməli, ərazidə təmizlik və abadlıq işlərinin hansı qaydada həyata keçirildiyinə aydınlıq gətirməlidirlər.
Parkın kim tərəfindən və hansı dövriyyətlə təmizləndiyi, gölün sanitar vəziyyətinə kimin nəzarət etdiyi, müşahidə olunan problemlərin aradan qaldırılması üçün hansı tədbirlərin nəzərdə tutulduğu ictimaiyyət üçün maraqlıdır.
Əgər ərazidə təmizlik və nəzarət işləri aparılırsa, o zaman belə mənzərənin yaranma səbəbləri araşdırılmalıdır. Əgər nəzarətdə boşluqlar varsa, onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır.
İctimai məkanların vəziyyəti yalnız hesabatlarda deyil, sakinlərin gündəlik həyatında da öz əksini tapmalıdır.
Prezidentin iştirakı ilə açılışı keçirilən parkın bugünkü mənzərəsi
Xatırladaq ki, 2013-cü ildə Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud Parkının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Bu fakt parkın şəhər infrastrukturu və ictimai məkan kimi əhəmiyyətini bir daha önə çıxarır. Belə bir məkanın qorunması, təmiz saxlanılması və sakinlər üçün əlverişli vəziyyətdə olması xüsusi diqqət tələb edir.
Təəssüf ki, Nyus.Az-a göndərilən videoda əks olunan mənzərə abadlıq və ictimai məkanların qorunması baxımından ürəkaçan deyil.
Bir vaxtlar sakinlərin rahat istirahəti üçün yaradılmış parkın çirkli göl, ətrafa səpələnmiş tullantılar və baxımsızlıq görüntüləri ilə gündəmə gəlməsi məsul qurumların diqqətini cəlb etməlidir.
Axı parklar yalnız şəhərin görünüşünü gözəlləşdirmək üçün salınmır. Onlar insanların sağlamlığına, rahatlığına və şəhər həyatının keyfiyyətinə xidmət edir. Bu məkanların qorunması isə aidiyyəti qurumlarla yanaşı, hər bir vətəndaşın da məsuliyyətidir.
Aidiyyəti qurumların mövqeyini öyrənməyə və açıqlamalarını dərc etməyə hazırdır.
Nyus.Az
Aknews.az
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.
Qeyd edək ki, sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr olunub.
Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin olunması istiqamətində görülən işlər təqdim edilir.
Sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.
Leyla Əliyevaya İslam dünyasının görkəmli alimlərindən biri, hədis elminin ən nüfuzlu nümayəndələrindən olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.
Qeyd olunub ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, eləcə də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb.
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşı ilə bağlı QƏRAR
Sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd: Hadisələrin ilkin mərhələsində əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların irəli sürüldüyü bildirildi.
Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ sadəcə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.
Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun nəzarət şərti ilə məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Sonradan isə o, amnistiya aktına əsasən cəzadan azad edilib, hazırda məhkumluğu yoxdur.
28 aprel 2026-cı il tarixli hökm isə işin başqa tərəfini ön plana çıxarıb. İstintaq materiallarına əsasən, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə aid şəxsi xarakterli foto və video materialları qanunsuz şəkildə əldə edib, həmin materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu yolu ilə külli miqdarda əmlak tələb edib.
İş materiallarında diqqətçəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu, bu epizod üzrə Gülşən Allahverdiyevanın yaxın qohumu olan və həmin dövrdə Abşeron Rayon Qeydiyyat Şöbəsində çalışdığı bildirilən Tahirə Əsgərovanın adının keçdiyi qeyd olunur.
Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Gülşən Allahverdiyevaya məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. Həmin məlumatlara görə, bu vəsaitlərin bir hissəsinin sonradan onun qardaşı Əsgərov Elşən Əsgər oğlunun adına şəhərin mərkəzində bahalı mənzilin alınmasına yönəldildiyi bildirilir. Bu epizod işin yalnız şəxsi münasibətlər müstəvisində deyil, həm də əmlak maraqları və maddi nəticələr kontekstində araşdırıldığını göstərən əsas detallardan biri kimi təqdim olunur.
Başqa bir mühüm detal isə cinayətdə istifadə olunduğu göstərilən mobil nömrə ilə bağlıdır. Bildirilir ki, intim xarakterli materialların paylaşıldığı “WhatsApp” qrupunun yaradılması və həmin materialların yayılması Allahverdiyeva Gülşən Əsgər qızının atası Əsgərov Əsgər Mikayıl oğlunun adına olan mobil nömrə üzərindən həyata keçirilib. Təqsirləndirilən şəxs məhkəmədə həmin nömrənin atasına məxsus olduğunu, qrupun onun tərəfindən yaradıldığını və videoların da atası tərəfindən paylaşıldığını bildirib. Lakin məhkəmə bu müdafiə mövqeyini qəbul etməyib. Hökm məhz Allahverdiyeva Gülşən Əsgər qızı barəsində çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun övladı 14 yaşına çatana kimi (2029-cu il) cəzanın çəkilməsi təxirə salınıb.
Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.
Xatırltma: Fuad Allahverdiyev Cinayət Məcəlləsinin 133 və 151-ci (Əzab vermə və seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri üzrə ittiham edilərək 2024-cü ilin aprelində həbs olunub.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, iş üzrə zərərçəkmiş şəxs F.Allahverdiyevin keçmiş həyat yoldaşı G.Allahverdiyevadır. Əvvəllər “Azərreyl” voleybol klubunun üzvü olmuş G.Allahverdiyeva deyib ki, 2022-ci ilədək evli olduğu Fuad ona qarşı mütəmadi fiziki zorakılıq edib, müxtəlif qadınlarla birgə seksual xarakterli hərəkətlər etməyə vadar edib. O iddia edib ki, keçmiş əri yaşadıqları Şüvəlan qəsəbəsindəki villada çoxsaylı məclislər təşkil edib, həmin məclislərə rəqqasələr və sevgi münasibətində olduğu qadınları da dəvət edib.
F.Allahverdiyev isə G.Allahverdiyevanın əxlaqsız həyat tərzi sürdüyünü, ona böhtan atdığını deyib. Daha sonra keçmiş arvadının ondan 400 min manat oğurladığını iddia edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Fuad Allahverdiyevə 133-cü (əzab vermə) maddəsi üzrə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi üzrə bəraət verib. İş adamının həbsdə saxlanıldığı 10 ay 18 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Üzərinə elektron qolbaq taxılan məşhur biznesmen məhkəmə zalından sərbəst buraxılıb./pravda.az
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir
Sənətçi "Qonaqcanlı" verilişində qız uşağını övladlığa götürmək istədiyini etiraf edib.
O, bu istəyinin hələ də qüvvədə olduğunu bildirib. Uşaqlara qarşı xüsusi həssaslığının olduğunu deyən müğənni arzusunu həyata keçirmək üçün uyğun şəraitin yaranmasını gözlədiyini vurğulayıb.
"Düşünürəm ki, bununla savab iş görmüş olaram. Uşaqlara qarşı çox həssasam. Şərtlər uyğun olsa, bu arzumı reallaşdıraram. İnsanın beynində bir arzu, istək varsa, məncə, o, gerçəkləşir", - deyə Günel Zeynalova bildirib.