"Xozeyn" ləqəbli tiktoker ev dustaqlığına buraxldı


Nərimanov Rayon Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.
Tiktokerin vəkili Yusif Seyfəlov Aknews.az-a açıqlamasında bildirib ki, məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki ötən ilin dekabrında saxlanılan Vüqar Kərimova qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

O, polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Xəbərlər