Dövlətə xəyanət edən Bəhruz Səmədova HÖKM OXUNDU


Dövlətə xəyanət ittihamı ilə mühakimə olunan Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı zamanı toplanmış dəlil və sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən, Bəhruz Səmədov 15 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, B.Səmədov DTX tərəfindən həbs edilib. Məhkəmə prosesində Bəhruz Səmədovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi sübut olunub.

Aknews.az

Xəbərlər