Nurlan Libre haqda həbs qərarı verildi


“Meydan TV” işi ilə bağlı davam edən istintaqla ötən gün saxlanılan jurnalist Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Ətraflı

Hakim prokurorun təqdimatını və müstəntiqin vəsatətini əsaslı hesab edib.

Qərara əsasən, Nurlan Libre barəsində 1 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, N.Libre də qaçaqmalçılıq cinayətində ittiham edilir.

Xəbərlər