Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Aknews.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Araz-Naxçıvan", "Sabah" və "Zirə"nin potensial rəqibləri də müəyyənləşib.
"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) cütünün qalibi "Omoniya" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) matçının qalibi ilə görüşəcək.
"Sabah" - "Petrokub" (Moldova) cütünün qalibi isə "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə görüşəcək.
"Zirə" isə "Hayduk"u (Xorvatiya) məğlub edəcəyi təqdirdə "Atletik Klub Eskaldes" (Andorra) - "Dinamo Siti" (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab görüşləri 26-27-də baş tutacaq.