Xarkovda matəm elan olunub - YENİLƏNİB


Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində dörd nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
Bu barədə Ukrayna KİV-ləri prokurorluğa istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur.

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər", - o qeyd edib.

Aknews.az

Xəbərlər