Nədən Konstitusiya Məhkəməsinə nə icra, nə qanunverici hakimiyyət, nə Ombudsman, nə, nə...5 ildir sorğu göndərir, sıradan vətəndaşınsa yalnız şikayət hüququ var ki, ona da min bəhanə ilə baxan yoxdur...?
Bu etiraz dolu sual jurnalist Məğrur Bədəlsoy tərəfindən Yenixeber.org-a daxil olmuş yazıda yer alır.
Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:
Sələfiniz Samir Şərifova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan MƏHKƏMƏ FİLİALININ -39 SAYLI VƏKİL BÜROSUNUN büdcədən maliyyələşməsinin filialın özü kimi qanunsuz, Konstitusiyaya zidd olmasından çox şikayətlər edilib. Sonucsuz şikayətlər ali dövlət hakimiyyəti , hüquq-mühafizə orqanlarına, Ombudsmana, Hesablama Palatasına da edilib. İndi maliyyə naziri özünüzsünüz, özünüzün qanuna, Konstitusiyaya zidd əmrinizin ləğv edilməsinə, 39 saylı vəkil bürosunun büdcədən maliyyələşməsinə son qoymağın vaxtıdır. Nədən Konstitusiya Məhkəməsinə nə icra, nə qanunverici hakimiyyət, nə Ombudsman, nə, nə...5 ildir sorğu göndərir, sıradan vətəndaşınsa yalnız şikayət hüququ var ki, ona da min bəhanə ilə baxan yoxdur.
Bakı Apellyasiya Məhkəməsində İPM-in “Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndərilməsinə dair iddialar üzrə icraat” fəslinə uyğun olaraq 18.02.2020-ci il tarixli əmrinizin etibarsız sayılıb ləğv edilməsi barədə iddia qaldırdım. İddiam qanuniliyi mübahisələndirilən əmrlə yaradılan MƏHKƏMƏ FİLİALININ- 39 SAYLI VƏKİL BÜROSUNUN “seçdiyi” qərəz heyətinə (Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov) verildi və anında rədd edilməsi haqqında məlumat elektron kabinetdə yerləşdirildi. “Əsas” kimi “subyektiv hüququmun olmadığı” “daxili RÜŞVƏT İNAMI ilə” qəbul edildi. Halbuki məhkəmə icraatı dayandırıb, əmrin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərməlidi. (İPM-in 124-cü maddəsi). Əmrin Konstitusiyaya zidd olmasını ƏƏSMN-in toplam 43 vəkilinə verilən 2 saxta etibarnamə sübut edir. ƏƏSMN-in adından “etibarnamə”ləri MALİYYƏ NAZİRİNİN 1-Cİ MÜAVİNİ ANAR KƏRİMOV necə imzalayıb?! Təkcə bu faktın özü 5 il yarım imzaladığınız əmrin Konstitusiyaya zidd olduğunu ortaya qoyur və Ali Məhkəmə vasitəsilə Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinə əsas verir. Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyü isə pensiyamı mənimsəyən, hətta 8 il qabaqkı məhkəmə qərarı ilə verilən əlavəni dayandıran MƏHKƏMƏ FİLİALININ-39 SAYLI VƏKİL BÜROSUNUN yaradılması əmrinin ləğvinə subyektiv hüququmun olmadığına qərar verib.