Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının 2025-ci il dekabrın 1-nə olan reytinq cədvəlini təqdim edib.
Birinci pillədə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov yer alıb. Sərbəst güləşçi Giorgi Meşvildişvili (460) ikinci, cüdoçu Zelim Kotsoyev (430) üçüncüdür.
Sıralamanı təqdim edirik:
1. Həsrət Cəfərov (yunan-Roma güləşi) - 480 xal;
2. Giorgi Meşvildişvili (sərbəst güləş) - 460 xal;
3. Zelim Kotsoyev (cüdo) - 430 xal;
4. Ülvü Qənizadə (yunan-Roma güləşi) - 400 xal;
5. Elcan Hacıyev (cüdo) - 370 xal;
6. Osman Nurmaqomedov (sərbəst güləş) - 340 xal;
7. Arseniy Djioyev (sərbəst güləş) - 340 xal;
8. Zelim Tçkayev (cüdo) - 330 xal;
9. Murad Əhmədiyev (yunan-Roma güləşi) - 330 xal;
10. Eldəniz Əzizli (yunan-Roma güləşi) - 320 xal.
Aknews.az