Azərbaycan Dövlət Kukla Teatırının quruluşçu rejissoru Haqverdiyeva Səidə Yavər qızı məhkəməyə verilib.
Teleqraf xəbər verir ki, həbsdə olan Bərdə Rayon Məhkəməsinin hakimi olmuş Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova Səidə Haqverdiyevanı xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Şikayətçilər bununla bağlı Yasmal Rayon Məhkəməsinə müracət ediblər.
Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin şikayətində bir sıra nöqsanlar olduğu və həmin nöqsanların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb.
Vəkil qeyd edib ki, Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədova böhtan xarakterli məlumatları bir neçə sosial şəbəkəsində baş tutmuş çıxışı zamanı yaymaqla və həmin çıxışında onların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri ilə nəzərdə tutulmuş cinayətin törətməsində ittiham ediblər.
Qeyd edək ki, xüsusi ittiham qaydasında şikayət Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatındadır.
Rejissor Səidə Haqverdiyeva həyat yoldaşı, Azərbaycan Dövlət Kukla teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanmaq qərarıyla bağlı açıqlaması və Mədəniyyət Nazirliyindən təzyiqlərin olduğunu bildirərək gündəmdə olub.
Onuda qeyd edək ki, hazırda həbsdə olan keçmiş hakim Elsun Əhmədov barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum etmə barədə hökm çıxarılıb və həmin hökm Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılıb.
Bundan əlavə Elsun Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair daha bir cinayət işi Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin icraatındadır.
Aknews.az