Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili və evlərin qaz təchizatı üzrə 07.01.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “TUNEL-METRO İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 3.539.704,95 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.02.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonu 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə də 28.06.2024-cü ildə “TUNEL-METRO İNŞAAT ” MMC ilə 10.012.580,46 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu müqavilənin şərtlərinə görə “TUNEL-METRO İNŞAAT ” MMC Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 63 fərdi yaşayış evinin tikintisini həyata keçirməli olub. Burada bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 158 929 manat təşkil edir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 24.10.2024-cü ildə isə “TUNEL-METRO İNŞAAT ” MMC ilə Cəbrayıl rayonu 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə 14.562.668,45 manat dəyərində müqavilə bağlayıb. Bu müqavilənin şərtlərində isə Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi göstərilir. Yəni, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir.
Bundan əlavə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə bir müqavilə də “AGA-EE İnşaat” MMC ilə bağlayıb. 27.09.2024-cü ildə bağlanılmış bu müqavilənin dəyəri 7.664.193,62 manat təşkil edib. Bu müqavilədə isə bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib
Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar birmərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə 2024-cü ilin iyun, sentyabr, oktyabr aylarında ümumi dəyəri 32 240 041 manat olan üç satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, bunlar yalnız fərdi yaşayış evlərinin tikintisinə aiddir. Çünki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri üzrə 20.905.738 manat dəyərində müqaviləni “GM CONSTRUCTİON” MMC ilə bağlayıb.
Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üzrə 2.560.615,15 manat dəyərində müqavilə “AZƏRSUTƏCHİZATTİKİNTİ” ASC ilə bağlanılıb.
Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili elektrik təchizatı üzrə 6.053.467,27 manat dəyərində müqavilə “AZƏRTRANSS” MMC ilə bağlanılıb.
Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili rabitə, internet, televiziya və videomüşahidə şəbəkəsinin tikintisi üzrə 1.282.550 manat dəyərində müqavilə “FİBERNET-TELECOM” MMC ilə bağlanılıb.
Göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar fərdi yaşayış evlərinin tikintisi üzrə ayrı şirkətlə, infrastruktur layihələrini həyata keçirmək üçün ayrı şirkətlərlə müqavilələr bağlayıb.
“Hal-hazırda Zəngilan şəhərində, Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir”. Bunu isə Azərbaycan Prezidentinin Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev 2025-ci ilin noyabrın 5-də “Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu isə yekunlaşmaq üzrə olan Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 4 ay sonra 4 milyon manata yaxın vəsait ayırıb. Çox maraqlıdır ki, sözügedən kənddə 93 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 156 min manata, 63 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 158 929 manata, 48 fərdi yaşayış evinin tikintisinin biri orta hesabla 159,6 min manata hesablanıb. Eyni yerdə, eyni mənzillərin tikintisinə niyə fərqli rəqəmlər müəyyən edilib, anlaşılan deyil. Tapmaca kimi bir şeydir.
Qeyd edək ki, Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TUNEL-METRO İNŞAAT ” (VÖEN: 2900244721) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.02.1997-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. VÖEN MMC-yə 06.11.2004-cü ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, TBİLİSİ PROSPEKTİ., ev.3166-cı məhəllədə yerləşən 4-cü blok 1-ci mərtəbə, m.113, qanuni təmsilçisinin isə Seyfullayev Şövqi Xalid oğlu olduğu qeyd edilib. MMC-nin hazırki günə 40 146.56 manat vergi borcu var.
Qeyestr məlumatlarına edilmiş dəyişikliklərdə RƏMZ-1 KİÇİK MÜƏSSİSƏSİ kimi dövlət qeydiyyatına alındığı göstərilir. 29.12.2008-ci ildə adını dəyişdirərək “TUNEL-METRO İNŞAAT ” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Dadaşov Qərib Kamran oğlu olub.
Qərib Dadaşov 2001-ci ildə “Tunel-Metro İnşaat” MMC özəl şirkətini təsis etmiş və 2001-2010-cu illərdə “Tunel-Metro İnşaat” MMC ilə “Azərmetrotikinti” ASC arasınada bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində cox böyük işlər görmüşdür. Qərib Dadaşov 2010-cu ilin yanvarın 15-dən “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi təyin olunmuş və “Azərtunelmetrotikinti” ASC ləğv olunana kimi bu idarəyə rəhbərlik etmişdir.
Qeyd edək ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadədir. O, bu vəzifəyə 15 noyabr 2018-ci ildə təyin edilib.
Aktualinfo.net
Aknews.az