Dövlət torpağı hasara alınıb? Suraxanı Rayon İcra Hakimyyətinin başçısı Adil Əliyev niyə susur?-VİDEO


Suraxanı rayonu ərazisində, Günəşli qəsəbəsi, Geniral Səməd Bəy Mehmandarov küçəsi 79 ünvanında yaşıllıqlar məhv edilərək yerində obyekt tikilir.
İddialara görə, həmin ərazidə qanunsuz artırma işləri aparılır, torpaq sahəsi zəbt olunur və tikinti normaları pozulur. Sual yaranır, rayon rəhbərliyi bundan xəbərsizdirmi, yoxsa görməzdən gəlir? Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, hər hansı tikinti və ya artırma işləri müvafiq icazə sənədləri olmadan aparıla bilməz. Dövlət torpaqlarının zəbt olunması isə İnzibati Xətalar və hətta müəyyən hallarda Cinayət Məcəlləsi ilə məsuliyyət yaradır.Müvafiq qanunvericiliyə görə, yerli icra hakimiyyəti orqanları əraziyə nəzarət etməli, qanunsuz tikililəri vaxtında aşkarlamalı, müvafiq qurumlara məlumat verməli və qarşısının alınması üçün tədbirlər görməlidir. Monitorinq mexanizmi kağız üzərində deyil, real nəzarət formatında işləməlidir. Adil Əliyev rəhbərlik etdiyi rayon ərazisində baş verən bu kimi proseslər ictimai suallar doğurur,qanunsuz artırma ilə bağlı hansı sənədlər mövcuddur, aşkarlanmış pozuntuya qarşı hansı tədbirlər görülüb? Qanunsuzluq mövcuddursa, bu, sadəcə bir obyekt məsələsi deyil – bu, şəhərsalma intizamının pozulması, ictimai maraqlara laqeyd münasibət və yerli idarəetmədə nəzarət boşluğu deməkdir.Dövlət torpağı şəxsi maraqlar üçün hasara alına bilməz.Aidiyyəti qurumlar – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi dərhal araşdırma aparmalı qanunsuz tikintinin qarşısını almaq üçün lazimi tədbirlər görməlidir.

NYUS.az


Aknews.az

Xəbərlər