Tiktoker "Şiva" saxlanıldı


Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Əldə etdiyimiz məlumata görə, "TikTok" platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığı üçün polis "Şiva" adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədovu saxlayıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya resursunda və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla H.Məmmədov inzibati qaydada həbs edilib.

Aknews.az

Xəbərlər