Qalatasaray transferini bitirir! Lemina İstanbula gəldi


"Qalatasaray" Mario Leminanın transferi ilə bağlı "Qurdlar"la böyük ölçüdə razılığa gəlib. Rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir. Qabonlu futbolçu rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlib.

Qalatasaray Mario Lemina transferində xoşbəxt sona çox yaxındır...

Fabrizio Romanonun verdiyi xəbərə görə; Premyer Liqa təmsilçisi "Vulverhempton"la 3 milyon avroya böyük razılığa gələn "Qalatasaray" Qabonlu yarımmüdafiəçi ilə də əl sıxışıb.

OKAN BURUK DA QOŞULDU

Okan Buruk da transfer üçün işə düşüb və Mario Lemina ilə görüş keçirib. Okan Buruk bu görüşdə planlarından danışıb və Leminanı razı salıb.

5 İLDƏN SONRA QAYITILACAQ

2019/20 mövsümündə "Sauthempton"dan icarə əsasında "Qalatasaray"da oynayan 31 yaşlı Lemina 5 ildən sonra "qırmızı-sarı" formaya qayıdacaq.

BU MÖVSÜM RƏQMƏLƏRİ

Mario Lemina bu mövsüm "Qurdlar"ın heyətində 19 matçda 1434 dəqiqə meydanda olub, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

İSTANBULA GƏLDİ

"Qalatasaray"ın anlaşdığı qabonlu futbolçu Mario Lemina rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlib.

Transfer xəbərləri

Xəbərlər