Leyla Əliyeva Çin sədri ilə görüşdən paylaşım edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Pekindən paylaşım edib.
Aknews.az xəbər verir ki, Leyla Əliyeva "Instagram" sosial şəbəkəsində Çin Sədri Si Cinpinlə olan görüşdən fotolar paylaşıb.

Fotolarda Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Leyla Əliyeva özü və oğlanları Əli və Mikayıl Ağalarovlar, Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan yer alıblar.

Leyla Əliyeva Çin sədri ilə görüşdən paylaşım edib

Xəbərlər