İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq


İsveç ABŞ-nin 10 ədəd M142 HIMARS (yüksəkmobilli artilleriya raket kompleksləri) reaktiv yaylım atəşi sistemi alacaq.
Bu barədə mətbuat konfransında İsveçin müdafiə naziri Pol Yonson bildirib.

Nazirin sözlərinə görə, sazişin dəyəri təxminən 7 milyard İsveç kronu (728,8 milyon dollar) təşkil edəcək.

Saziş çərçivəsində döyüş sursatları da alınacaq.

Tədarüklərin 2027-ci ildən başlaması gözlənilir.

Aknews.az

Xəbərlər