Azərbaycan nefti ucuzlaşdı


Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.
Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3.75 ABŞ dolları və ya 2.85% azalaraq bir barel üçün 127.87 ABŞ dollarına çatıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Aknews.az

Xəbərlər