Bakıda avtomobili körpüdən aşıran şəxsin FOTOSU


Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşən minik avtomobilinin sahibi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında Vüsal Nəsirli olub. O, yüngül xəsarət alıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın hadisəsi qeydə alınmayıb", - deyə məlumatda bildirilir.

Aknews.az

Xəbərlər