Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib.
1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Aknews.az