İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsinin sakinlərini təxliyə etməyə çağırır


İsrail Müdafiə Ordusu (SAXAL) cümə günü Qəzza zolağının şimal hissəsinin sakinlərini cənuba təxliyə etməyə çağırıb.
Aknews.az-ın verdiyi məlumata görə, bu barədə SAXAL-ın rəsmi nümayəndəsi Avixay Adrai "X" sosial şəbəkəsində yazıb.

"İsrail Müdafiə Qüvvələri sizin olduğunuz ərazilərdə aktiv əməliyyatlar aparır, çünki terror təşkilatları burada fəaliyyətlərini davam etdirirlər", - deyə o bildirib.

Adrai Şeyx Zaid, Salatin, Beyt Lahiya, Cabaliya və yaxınlıqdakı şəhərlərin ərazilərinin indi təhlükəli döyüş zonaları hesab edildiyini dəqiqləşdirib və sakinləri dərhal cənuba təxliyə olunmağa çağırıb.

Xəbərlər