Pakistan-Əfqanıstan sərhədində şiddətli toqquşma olub: Dörd hərbçi həyatını itirib


Əfqanıstanla sərhəddə silahlı qruplaşmanın hücumunu dəf edərkən dörd pakistanlı hərbçi həlak olub.
Aknews.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.

Toqquşma nəticəsində altı nəfər terrorçunun öldürüldüyü bildirilir. Qeyd olunur ki, terrorçuların məqsədi Şimali Vəziristan əyalətində yerləşən sərhəd-keçid məntəqəsini ələ keçirmək olub.

Xəbərlər