Lənkəran Şəhər İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tender proseduru ləğv olunub.
Satınalmanın ehtimal olunan qiyməti 941.802,84 manat təşkil edirdi. Ləğv səbəbi olaraq, tenderdə iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən prosedurun dayandırılmasına səbəb olub.
Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovdur.
32gun.az
Aknews.az