Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?


Həkim – kosmetoloq işləyən Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?

XALQ-ın əməkdaşı özünü sosial hesablarında estetik həkim kimi təqdim edən “dr.elya.aesthetiic” barədə ilginc faktlar aşkarlayıb.
Ölkədə tibbi təhsili olmayan bir çox şəxslər öz çirkin əməllərini davam etdirməkdədir.
Hüquq-mühafizə orqanları ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etsədə, belə məqamlar bitmək bilmir. Özəl klinikalarda müxtəlif estetik prosedurlar həyata keçirən,tibbi təhsili olmayan şəxslər fəaliyyətini gizli şəkildə davam etdriməkdədir.
Bakıda sosial hesablarda özünü dr.elya həkim kimi təqdim edən Elnarə Təhməzova da bu kimi qanunsuz fəaliyyət göstəriməkdədir.
Sosial hesablarında,bütün estetik prosedurlar, full face, endolazer, liposaksiya əməliyyatı,-Face-Body, Lipofiling-face body,popolifting və sair estetik prosedurlar həyata keçirməsi ilə bağlı və sosial hesabında bu kimi prosedurları görüntüləri paylaşılması bir daha onu göstərir ki, Səhiyyə Nazirliyinin heç bir icazəsi,qərarı və tələbi gərəkmir?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.

Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji və estetik fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji,və tibbi preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Araşdırmalarımız nəticəsində “estetik həkim” Elnarə Lətifova Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
İddialara görə özünü həkim kimi təqdim “dr.Elya.aesthetiic” kimi təqdim edən Elnarə Təhməzova tibbi prosedurları həyata keçirərək qanunvericiliyimizi heçə sayır.
Məsələ ilə bağlı “dr.Elya.aesthetiic” kimi təqdim edən Elnarə Təhməzovandan açıqlama almaq istəsəkdə asistenti əməkdaşımıza bildirib ki, vaxtı yoxdur sizinlə danışa bilməz.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qanununa əsasən tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.



Aknews.az

Xəbərlər