"Brent" markalı neftin qiyməti 5.7% artaraq 81.4 dollar/barelə çatıb.
Aknews.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, "Brent" neftinin qiyməti son dəfə yanvar ayının sonunda 80 dolları ötmüşdü.
Qeyd edək ki, neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda yüksəlməyə davam edir. İyunun 22-nə keçən gecə ABŞ təyyarələri İranın nüvə obyektlərinə zərbələr endiriblər.
Bundan sonra ekspertlər neft qiymətlərinin hətta 100 dollar/barelə qədər arta biləcəyini bildiriblər.