AMB “MilliKart” MMC-yə lisenziya verdi


Mərkəzi Bankı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna əsasən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində fəaliyyət göstərmək istəyən təşkilatların qiymətləndirilməsini həyata keçirib.
AMB-dən Aknews.az-a verilən məlumata görə, bu qiymətləndirmə çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “MilliKart” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş sistemi operatoru fəaliyyəti üzrə müddətsiz lisenziya təqdim olunub.

Xəbərlər