AMİ-nin filial rəhbəri olan Tovuz Eminli 7 illik rəfiqəsi Aqiyə Naxçıvanlıya verdiyi pulu geri tələb edir
Azərbaycan Müəllimlər İnstitutunun rəhbəri, deputat Aqiyə Naxçıvanlı ilə bağlı şok ittihamlar irəli sürülüb. JAM.AZ-a danışan mənbə bildirib ki, institutun yerli filiallarını bazara çevirmiş rektor, həm də onlardan birinin rəhbərindən 200 min manat pul alıb.
Dəqiqləşdirmələr zamanı məlum olub ki, 200 min manat söhbəti Zaqatala filialının keçmiş direktoru Tovuz Eminliylə bağlıdır. 7 il bu filiala rəhbərlik edən Eminli 4 ay bundan əvvəl işdən çıxarılaraq, Müəllimlər İnstitutunun Salyan filialına rəhbər gətirilib. Orada 3 ay işlədikdən sonra isə rəhbərlik ondan ərizəsini yazaraq, işdən çıxmasını tələb edib.
JAM.AZ-a verilən məlumatda qeyd olunur ki, Salyan filialına direktor təyin olunandan sonra Aqiyə Naxçıvanlı şəxsən Tovuz Eminlidən 200 min manat pul istəyib. Bunu həmin vəzifəyə keçirmək üçün aldığı şübhəsizdir. Sadəcə, istəyərkən borc şəkilində istəyib. Və bunu da belə əsaslandırıb ki, AMİ-nin əsas binasının təmir işlərinə pul çatdırmaq olmur, büdcədən vəsait ayrılan kimi geri qaytaracaq.
Lakin indiyə qədər nə pulu geri verən var, nə də bu söhbətin üzərinə gələn.