AQTA pərdələrin yuyulması üçün 10 min manatlıq xidmət alır – qalib şirkət məlum oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Pərdələrin təmizlənməsi xidmətləri” ilə bağlı satınalma keçirib.
32gun.az-ın əldə etdiyi məlumata görə, bu xidmətin göstərilməsi üçün "GREEN CLEANİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
Tərəflər arasında 10.295,97 manat dəyərində müqavilənin bağlanacağı gözlənilir.
Sifarişə aşağıdakılar daxildir:
Günlük pərdənin yuyulması
Tül pərdənin yuyulması
Velür parça bej rəngli pərdənin yuyulması
Neylon bej rəngli tül pərdənin yuyulması
Saten parça krem rəngli günlük pərdənin yuyulması
Neylon tül qəhvə rəngli tül pərdənin yuyulması
Qalib şirkət – "GREEN CLEANİNG" MMC-nin qanuni təmsilçisi Gündüz Məmmədli Zakir oğludur. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli rəhbərlik edir.
Aknews.az