Bir müddət əvvəl mediada Bakıda fəaliyyət göstərən Yaşam Klinikası, daha doğrusu bu tibb ocağının həkimi Məhəmməd Mehdi Aslaninin “özfəaliyyəti” ilə bağlı məlumatlar tirajlandı. Məlumatlarda müvafiq sertifikasiyadan keçməməsinə baxmayaraq, de-fakto həkim kimi fəaliyyət göstərən Məhəmməd Mehdi Aslaninin kütləvi şəkildə xəstələri yalançı vədlərlə aldatması kimi iddialar yer alır. Təbii ki, məlum maraqlar qarışılığında...
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:”İxtiraçı” həkimdən YENİ XƏBƏR
Bu sırada isə şəkərli diabet xəstələrinin üstünlük təşkil etdiyi bildirilir. Sən demə hörmətli həkim Məhəmməd Mehdi Aslani şəkərli diabet xəstəliyinə son qoya biləcək yeniliyə imza atıb. Bu səbəbdən də xəstələrə İran da daxil, xarici ölkələrdən bahalı dərmanlar gətirdir. Əldə edilməsi iri məbləğlərə başa gələn dərmanlarla müalicələr aparılır.
Olsun, əgər bu həqiqətdirsə yalnız alqışlamaq olar. Bu tibb elmində inqilabi yenilik olmaqla bərabər, həm də milyonlarla şəkərli diabet xəstələrinin sevincinə səbəb olardı. Olardı...
Amma Yenixeber.org-a daxil olan məlumatlara görə olmur. Və nəinki tibb elmində inqilabi yenilik və şəkərli diabet xəstələrinin sevincinə səbəb olmur, əksinə. Məhəmməd Mehdi Aslaninin xəstələri kütləvi şəkildə aldadıldıqlarını sosial şəbəkə üzərindən də ictimailəşdirirlər. Sağlıqları ilə bərabər, pullarıda gedər-gəlməz olur... Necə deyərlər, “İt də getdi, ip də getdi”.