ABŞ-nin “İnter Miyami” klubunun ulduz futbolçusu Lionel Messi İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə şam yeməyinə dəvət olunub.
Tədbir oktyabrın 22-də İspaniyanın Oviedo şəhərində Asturiya Şahzadəsi mükafatının təqdimolunma mərasimi çərçivəsində keçiriləcək. Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi kral ailəsinin üzvləri və digər mükafat laureatları ilə birlikdə şam yeməyində iştirak edəcək.
Həmin gün Messi Oviedo İdman Sarayında məktəblilər, tələbələr və azarkeşlərlə görüşəcək.
Oktyabrın 23-də argentinalı futbolçu kral ailəsinin rəsmi qəbuluna qatılacaq. Daha sonra “Kampoamor” teatrında keçiriləcək Asturiya Şahzadəsi mükafatının idman kateqoriyası üzrə təqdimetmə mərasimində iştirak edəcək.
Mənbənin məlumatına görə, Messi həmin gün axşam saatlarında Nyu-Yorka yollanacaq. O, oktyabrın 24-də “İnter Mayami”nin “Nyu-York Red Bullz”la keçirəcəyi oyuna çatmağa çalışacaq.
Aknews.az