Bakıda moteldə yanğın baş verib - Video


Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən moteldə yanğın baş verib.
Aknews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 465 kv.m olan birmərtəbəli moteldə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində motelin dörd otağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

Obyektin böyük hissəsi yanğından mühafizə olunub.


Xəbərlər