"SOCAR rəhbərliyi Nüsrət Əliyevi institutumuzu dağıtmaq üçün direktor göndərib?" - "Neftqazelmitədqiqatlayihə"nin ÖZ GÜLÜMSƏROVU VAR İMİŞ...


"Neftqazelmitədqiqatlayihə" institutunun işçisi SOCAR rəhbərliyinə müraciət edib. "Dia-az" bildirir ki, bununla bağlı tanınmış hüquq müdafiəşisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı xüsusi paylaşımla çıxış edib.
Narazı institut işçisinin müraciətini NHMT sədrinə istinadla təqdim edirik:
"Nüsrət Əliyev Qarabağ yatağının layihəsini necə məhv etdisə, indi də institumuzu məhv edir. Onun layihələrlə iş təcrübəsi nəinki yoxdur, heç təsəvvürü belə yoxdur. Bizim institut əsasən layihə işləri görür və institutun mövcudluğu, əməkdaşların maaş alması layihə şöbələrinin qazandığı maliyyə hesabına ödənilir.
Nüsrət Əliyev isə bizə direktor gələn gündən layihə şöbələrini saymır və bütün fikrini digər şöbələrə yönəldib. İnstituta maliyyəni layihə şöbələri gətirdiyi halda peşəkarlığı, mukafatları və təltifləri başqalarına verir. İş o həddə çatıb ki, öz həyat yoldaşı Nüşabə Əliyevaya peşəkarlıq vermək üçün onun işlədiyi şöbənin bütün əməkdaşlarına peşəkarlıq verib.
Nüsrət Əliyev bizə direktor gələndən sonra institutumuzu şöbə rəisləri və mütəxəsislər tərk etməyə başladı. Bu adam özü heç nə bilmir, ətrafınada iş bilməyənləri toplayıb onlardan məsləhət alır. Layihələr üzrə əsas məsləhətçisi elmi katib Vüqar Abdullayevdir. Vüqar Abdullayevin layihə işlərindən ümumiyyətlə, başı çıxmır. İnstitutun elmini necə məhv edibsə indidə layihə bölmələrini məhv etməkdə Nüsrət Əliyevə köməklik edir.
Nüsrət Əliyev antikorrupsiya qanunlarına görə həyat yoldaşını SOCAR-ın başqa strukturina keçirmək əvəzinə, həyat yoldaşı Nüşabə Əliyevaya ayrıca otaq ayırıb, ona mükafatlar və peşakarlıq verib. Nüsrət Əliyev YAP-ın iclasında Qarabağ qazisi institutun YAP sədri İbrahim Allahverdiyevi sədrlikdən çıxardıb, özü sədr olmaq istəyirdi, amma alınmadı. İndi də HİK sədri Esmira Axundovanı çıxardıb yerinə həyat yoldaşı xanmlar xanımı Nüşabə xanımı sədr eləmək istəyir. Artıq sosial şəbəkələrdə Esmira Axundovaya qarşı hücumlar başlayıb.
Nüsrət Əliyev hətta bizim qaziləri də saymır. Anım və Zəfər günlərində bizim qazilərin adını çəkmək və tərifləmək əvəzinə, tribunaya qaldırıb söz vermək əvəzinə, çıxış etmək üçün qazini də kənardan gətirir...
Nüsrət Əliyevə görə bizim institutda 5 nəfər vicdanlı adam var: Özü, Vüqar Abdullayev, Natiq Həmidov, Fuad Əliyev, Xəlil Aslanlı. Qalanları oğrudur. Biz artıq bununla barışmağa başlamışıq və bizə aydın olan odur ki, SOCAR Nüsrət Əliyevi bizə institutumuzu dağıtmaq üçün direktor göndərib. Əgər belə deyilsə, onda institutumuzun gələcəyi barədə aydınlıq gətirin..."(Dia-az)

Aknews.az

Xəbərlər