AZCON Holding şirkətlərindən olan “BakuBus” MMC “Bakelektro” ASC ilə nəhəng müqavilə bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə Suraxanı rayonu, Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri nəzərdə tutulur.
Dövlət satınalmalarının vahid interner portalında qeyd olunan məlumatlara əsasən, müqavilənin maliyyə dəyəri isə 15 milyon manatdan artıqdır.
Qeyd edək ki, 2004-cü ildə dövlət qeydiyyatına alınmış “Bakelektro” şirkəti əsasən elektrik enerjisilə bağlı sistemlər, avadanlıqlar, kabellə və s. təklif edir. Hazırda şirkətin nizamnamə kapitalı 20 238 228 manatdır.
“Bakelektro” ASC-nin direktoru Emin Rzayev “Azərenerji”nin prezidenti Balababa Rzayevin qardaşıdır.
Aknews.az