Gəncə şəhəri, R.Qasımov küçəsi, ev 68 ünvanında yerləşən alkoqolsuz içki (kvas) istehsalı müəssisəsində yoxlama keçirilib.
Bildirilib ki, istehsal müəssisəsinə baxış zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
"Müəssisədə butulkaların yuyulması üçün müvafiq avadanlıqların və şəraitin mövcud olmadığı, istehsal edilən kvas məhsulunun dəfələrlə istifadə olunan, köhnə və çirkli plastik butulkalarda qablaşdırıldığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Faktla bağlı inzibati protokol tərtib edilib, məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti isə məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.



