“Qızlar 30 manatdan yığaq müəllimlərə verək, 3-5 manatda verək gül alaq”
]Son günlər 5 oktyabr Müəllimlər Günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda məlumatlar yayılmaqdadır. Müəllimlər Günü münasibətilə pul yığılması halları ən çox Bakı məktəblərində baş verir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılmasını qadağan edib. Ancaq bu qadağaya baxmayaraq paytaxt məktəblərində valideyn komitələri tərəfindən Müəllimlər Günü münasibətilə pul yığılması davam edir.