Yevlax rayonunda maşın aşıb, xəsarət alanlar var.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Qaraoğlan kəndininin kənarından keçən avtomobil yolunda baş verib.
Məlumata görə, "BMV" markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını aşırıb.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Ağır xəsarət alan gənc oğlan xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
