Vəkil İlqar Rüstəmov: Qədimbəylilər ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil, amma... - VİDEO


Bir neçə ay bundan öncə Elnur Əhmədov Patrulaz.az-a müsahibə verərək bildirmişdi ki, Türkiyə Cümhuriyyəti vətəndaşı Mustafa Ümran ona məxsus 134.000 ABŞ dollarını “iş görmək” adı ilə ələ keçirərək ölkədən qaçıb. Əhmədovun digər iddiasına görə isə Xamis Qubadov, Rövşən Hüseynov, İlham və İlkin Qədimbəyli həmin vəsaiti Mustafa Ümrandan müxtəlif üsullarla alıb, lakin ona qaytarmayıblar.
Hazırda Nərimanov Rayon Polis İdarəsində Elnur Əhmədovun müraciəti əsasında Cinayət Məcəlləsinin 182.3-cü maddəsi ilə cinayət işi araşdırılır. Bu iş üzrə 22.09.2025-ci il tarixdə Rövşən Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Bundan bir neçə gün əvvəl Türkiyə vətəndaşı Mustafa Ümran “TikTok” platformasında paylaşdığı videoda Xamis Qubadov, Rövşən Hüseynov, İlham və İlkin Qədimbəyliyə pul ödəmədiyini açıqlayıb. O, əksinə Elnur Əhmədova olan borcundan vəkili vasitəsilə 20 min manat göndərdiyini, qalan məbləği isə qısa müddətdə ödəyəcəyini bildirib.

Elnur Əhmədov isə dəfələrlə sosial şəbəkələrdə ölkə rəhbərliyinə müraciətlər edərək Xamis Qubadov, İlham və İlkin Qədimbəyli, eləcə də Rövşən Hüseynovun ona borclu olan Mustafa Ümrandan 134.000 dollar alaraq bu pulu ona vermədiklərini və əksinə hədə-qorxu gəldiklərini iddia etmişdi.

Qeyd edək ki, adı çəkilən şəxslərin heç birinə hazırkı cinayət işi üzrə hələlik ittiham elan edilməyib.

Xamis Qubadov və Rövşən Hüseynovun vəkili İlqar Rüstəmov isə Patrulaz.az-a açıqlama verərək bunları bildirib:



Aknews.az

Xəbərlər