Sumqayıtda məktəb direktorlarının şəxsi münasibətləri təhsilin ab-havasına kölgə salır? – Yeni qalmaqal gündəmdə


Sumqayıtda bir neçə il əvvəl bir məktəb direktorunun dalandar xanımla yaşadığı və həyat yoldaşı tərəfindən ifşa olunaraq geniş rezonansa səbəb olan sevgi qalmaqalının yeni dalğası baş qaldırır. Redaksiyamıza daxil olan etibarlı məlumata görə, yenidən eyni şəxs bu dəfə başqa bir məktəbin qadın direktoru ilə yaxın münasibətlər qurmağa çalışır.

Məlumata əsasən, hazırda həmin şəxsin həyat yoldaşı da məktəbdə işləyir və vəziyyətdən xəbərdardır. Lakin münasibətləri tam ifşa etməmək üçün açıq qarşıdurmadan çəkinərək daha sakit yollarla məsələnin qarşısını almağa çalışır. Buna baxmayaraq, kişinin geri addım atmaq niyyəti olmadığı deyilir.

Əldə etdiyimiz qeyri-rəsmi məlumatlarda isə qeyd olunur ki, bu vəziyyət yalnız şəxsi münasibət məsələsi deyil, həm də iş mühitində gərginlik və etik prinsiplərin pozulması ilə müşayiət olunur. Hətta bəzi hallarda adının hallanmasını istəməyən qadın direktoru “qorumaq” üçün həyat yoldaşının yanında yalana və qarşı tərəfi ləkələməyə qədər gedildiyi bildirilir.

Redaksiyamız məsələni diqqətdə saxlayır və qarşıdakı günlərdə adları keçən şəxslərin kimliyi, məktəblərin nömrəsi və təhsil mühitinə olan təsirləri ilə bağlı ətraflı araşdırma təqdim edəcək.

Qalmaqallı hadisənin təfərrüatları və gizli qalan detallar növbəti yazımızda…

Xəbərlər