Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.
Aknews.az-ın məlumatına görə, Piriyev özünü vəzifəli şəxs kimi təqdim edərək, müxtəlif yalan vədlərlə zərərçəkmişlərin onun bank kartına pul göndərməsinə nail olub.

Q.Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.

Xəbərlər