Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. İlkin məlumatlara görə, amnistiya aktı təxminən 20 min nəfəri əhatə edəcək.
Bəs, amnistiyadan ilk olaraq kimlər yararlana bilər? Tanınmış şəxslərin azadlığa buraxılması gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, amnistiya cəmiyyətdə uzun müddətdir gözlənilirdi və bu qərarla bağlı böyük ümidlər var.
Onun sözlərinə görə, amnistiya aktının siyasi motivlərlə həbs edilən şəxslərə də şamil olunması vacibdir:
“Ümid edirik ki, bu amnistiya siyasi motivlərlə tutulmuş partiya fəalları, bloqerlər, jurnalistlər, həmçinin müharibədə iştirak etmiş şəxslərə şamil ediləcək. Tofiq Yaqublu, ömürlük həbsdə olan Elçin Əmiraslanov, Nardaran işi üzrə həbs edilmiş dini şəxslər və digər bir çox insanın azadlığa çıxmasını gözləyirik”.
