Xameneinin müşaviri: İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək


“İrana qarşı istənilən aqressiya sərt və dərhal cavabla nəticələnəcək”.
Bunu İranın ali dini lideri ayətullah Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani bəyan edib.

“İranın müdafiə doktrinasında bəzi cavab tədbirlərinin təhlükə hələ reallaşmamışdan əvvəl verilməsi müəyyənləşdirilir. İranın raket və müdafiə imkanları nəzarətə tabe deyil və hər hansı icazə tələb etmir,” – deyə Şamxani X sosial şəbəkəsində yazıb. “İstənilən aqressiya onu təşkil edənlərin təsəvvürünü aşan, dərhal və sərt cavabla qarşılanacaq.”

Aknews.az

Xəbərlər