“Kovan” restotanında müştəriləri belə aldadır


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19 ünvanında fiziki şəxs Məğrur İsa oğlu Hüseynova məxsus “Kovan” ictimai iaşə müəssisəsində yoxlama aparıblar.

“Kovan” restotanında müştəriləri belə aldadır

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, soyuducuda baytarlıq ekspertizasından keçirilməyən, müvafiq baytarlıq sənədləri ilə müşayiət edilməyən bildirçin, toyuq, balıq və mal ətləri aşkarlanıb.

Sahibkar sosial şəbəkədə yerləşdirilmiş video ilə bağlı izahatında ov quşlarının satışının həyata keçirilmədiyini, müştəri cəlb etmək məqsədilə reklam etdiklərini bildirib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvəqqəti dayandırılıb, müşayiətedici sənədləri olmayan məhsulların satışı qadağan edilib.

xalq.online

Aknews.az

Xəbərlər