AzəriQaz-ın Gəncədəki HOQQABAZLIQLARI... - Hüseyn Şirinov rəsmən ÖZBAŞINA QALIB...


"Cənab rəislər! Xanımın yazdığından belə görünür ki, onun tutduğu vəzifə yox, "özü ixtisar olunub"..." "DİA-AZ" xəbər verir ki, bunu öz postunda paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı növbəti işçi gileyini ictimailəşdirib.
NHMT sədrinin sosial şəbəkə hesabında belə qeyd olunur: "Azəriqaz İB Gəncə RQİİ-nin Samux XS-nin keçmiş işçisi Əliyeva Gülnarə Şamil qızı düşünür ki, ixtisar zamanı qanun pozuntusuna yol verilib:
- 23 il Azəriqaz İB-də müxtəlif vəzifələrdə işləmişəm. Şöbə rəisi, texnik və sonra çilingər keçirildim. Azəriqaz İB-da ixtisar prosesləri başlayanda Gəncə RQİİ-nin rəisi Hüseyn Şirinov və Samux Xidmət Sahəsinin rəisi Qədir Bayramov məni məcbur etdilər ki, təcili ərizə yaz... ixtisara düşürsən, yoxsa məcbur çıxarılacaqsan. Məni ixtisara saldılar və işsiz qoydular. Və yerimə Gəncə Regionunun keçmiş baş mühasibinin gəlini Mətanət Sultanova işə qəbul olunub. İşə qəbul əmri verilən gündən həmin xanım məzuniyyətə buraxılıb. 1 gün iş stajı olmadan....
Əgər elə idisə niyə məni - 23 illik stajı olan işçini ixtisar etdilər?.. Gəncə RQİİ-nin rəisi Hüseyn Şirinov öz adamlarını ixtisardan xilas edib işlə təmin etdi. Amma adamı olmayanları ixtisara salıb işsiz qoydu. Hal-hazırda Samux Xidmət Sahəsində işlə təmin olunan Mətanət Sulatanova əmri verilən gündən məzuniyyətə göndərilib ki, sahəyə çıxmasın. 23 il Azəriqaz İB töhmətsiz, nöqsansız işləmişəm. İndi Azəriqaz İB-də şikayətimə baxılmır.
Həyat yoldaşımla eyni yerdə işləyirdik... onun səhhəti ilə bağlı narahatlığı olduğu üçün işləyə bilmirdi...
Bir övladımız var. 11-ci sinif şagirdidir... maddi ehtiyaclarımız çoxdu... həm yoldaşımın dərman ehtiyaclarını ödəmək üçün onun çıxıb mənim işləməyimi xahiş etdim... Amma nə rəhbər kimi, nə də insan kimi məni dinləmədi. Dedi, mən səni yola verməyəcəm... mən kişilərlə işləmək istəyirəm. 1 ay çəkmədi yoldaşım işdən öz ərizəsi ilə çıxdı və onun yerinə qadın işçi götürüldü!.."

AzəriQaz-ın Gəncədəki HOQQABAZLIQLARI... - Hüseyn Şirinov rəsmən ÖZBAŞINA QALIB...


Aknews.az

Xəbərlər