Quba - Bakı yolunda AĞIR QƏZA - Partlayış təhlükəsi yarandı - VİDEO


Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Aknews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı qoşqusunda 39 ton yanacağı olan DAF markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi və yanacağın ətrafa dağılması ilə yanğın-partlayış təhlükəsinin yarandığı müəyyən olunub.

Hazırda yanğınsöndürənlər tərəfindən mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xəbərlər