Ostap Benderin fikrincə, avtomobil lüks deyil, nəqliyyat vasitəsi olsa da, Sovet İttifaqında avtomobillər əksər vətəndaşlar üçün əlçatmaz idi.
Lent.az bildirir ki, “Finance Mail” SSRİ-də avtomobillərin qiymətlərini kimin təyin etdiyini, onların neçəyə başa gəldiyini və onların alınması prosesinin necə olduğunu öyrənib.
Rusiya Elmlər Akademiyasının N.N.Mikluho-Maklay adına Etnologiya və Antropologiya İnstitutunun Qafqaz şöbəsinin elmi işçisi Tənzilə Çabiyeva xatırladıb ki, SSRİ-də avtomobillərin dəyərini təyin edən dövlət idi və qiymətdəki bütün dəyişikliklər də birbaşa ondan asılı idi.
“Yalnız məmurlar və məmur rütbələrinə yaxın olanlar avtomobil ala bilirdilər. Bu, o demək deyil ki, avtomobil adi insanlar üçün əlçatan deyildi, onu əldə etmək məsələsi asan deyildi”, - ekspert izah edir.
Buna görə, yeri gəlmişkən, ölkədə daha əlverişli olan motosiklet texnologiyası populyarlaşmışdı.
Maşınların qiyməti nə qədər idi?
Avtomobil qiymətləri müxtəlif dövrlərdə dəyişirdi. Məsələn, 1960-cı ildə "Moskviç"in qiyməti 9 min rubla qədər (indiki məzənnə ilə təxminən 156 manat) ola bilərdi, ölkədə orta əmək haqqı 73 rubl (indiki məzənə ilə təxminən manat yarım) idi. Müvafiq olaraq, avtomobilin dəyəri SSRİ vətəndaşının orta gəlirindən 123 dəfə çox idi.
Zaman keçdikcə avtomobillər daha sərfəli olub. Xüsusilə, orta əmək haqqı 86 rubl (indiki məzənnə ilə təxminən manat yarım) olan “Moskviç-403”ü təxminən 3500 rubla (indiki məzənə ilə təxminən 61 manat) almaq mümkün idi. Amma bu da şərtdir ki, ikinci ailə üzvünün sabit gəliri olmalı idi. O illərdə avtomobil krediti alətinin olmaması əmanət sistemini tələb edirdi ki, bu da şəxsi nəqliyyatın alınması imkanlarını çətinləşdirirdi.
1971-ci ildə sovet vətəndaşlarının orta gəliri ayda 125 rubl (indiki məzənnə ilə 2 manat 16 qəpik) idi. Bu dövrdə VAZ-2101-in qiyməti 5150 rubl (indiki məzənnə ilə 89 manat), “Moskviç-412”in dəyəri 5200 rubl (indiki məzənnə ilə təxminən 90 manat), “Volqa QAZ-21”in qiyməti 9 min rubl (indiki məzənnə ilə 155 manat) olub.