Qazaxda yanacaqdaşıyan avtomobildə ölümlə nəticələnən yanğınla bağlı rəsmi AÇIQLAMA - VİDEO


Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğın söndürülüb.

"Yanacaqdaşıyan avtomobildə baş verən yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib. Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub", - məlumatda qeyd edilib.



Aknews.az

Xəbərlər