Mədəniyyət Nazirliyinin normativ hüquqi aktlarının təkmilləşdirilməsi xidmətlərinə 787 650 AZN sərf olunacaq.
XALQ-ın xəbərinə görə, nazirliyin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” MMC bu məqsədlə “Legit Solve Advisors” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, “Bir mənbə metodu” tətbiq olunub.
Aknews.az