"Barselona" ulduz futbolçunu göndərə bilər


"Aston Villa" "Barselona"nın futbolçusu Ferran Torresin xidmətində maraqlıdır.
İngiltərə klubu futbolçunu transfer etmək üçün hərəkətə keçib. "Fichajes"in məlumatına görə, "Aston Villa" Ferran Torres üçün 60 milyon avroluq təklif irəli sürüb. Bildirilir ki, “Barselona” futbolçunu göndərməyi nəzərdən keçirir. Bildirilir ki, "Barselona" üçün 60 milyon avro gəlir, xüsusən də əmək haqqı büdcəsinin yumşaldılmasında mühüm hesab edilir.

Həmçinin futbolçunun göndərilməsi yeni transferlərin həyata keçirilməsinə zəmin yarada bilər.

Aknews.az

Xəbərlər