Sumqayıt şəhərində yerləşən “Happy Cooks” restoranından burger və kartof fri sifariş edən vətəndaş çatdırılma zamanı qarşılaşdığı mənzərədən təəccüblənib.
Müştəri Patrul.az-a bildirir ki, ona təqdim olunan burgerin əti çiy, yaxud yarıbişmiş vəziyyətdə olub. Bununla bağlı vətəndaş dərhal “Wolt” platforması üzərindən restorana şikayət ünvanlayıb.
Şikayətə cavab olaraq restoran nümayəndələri bildiriblər ki, burgerlərdə istifadə olunan mal əti bu formada hazırlanır. Lakin müştəri bu izahla razılaşmayaraq, “Hər halda bişmiş ətlə çiy əti ayırd edə bilirik” deyə etiraz edib.
Qeyd edək ki, bu kimi hallar ictimai iaşə obyektlərində qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır və müştərilərin sağlamlığı üçün təhlükə təşkil edir.
Ümid edilir ki, məsələ müvafiq qurumlar tərəfindən araşdırılacaq və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.
