Akademik Rafael Hüseynovun iki məqaləsi Türkiyənin “Təhsil” jurnalının xüsusi nömrəsində dərc edilib


Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun “Ömər Faiq andı” və “Şərəf tariximizdə yaşayan ad – Əhməd Pepinov – Ömərbəyov” adlı məqalələri Türkiyədə nəşr olunan “Təhsil” beynəlxalq etnopedaqoji jurnalının xüsusi nömrəsində dərc edilib.
“Ömər Faiq andı” başlıqlı (https://www.egitisim.gen.tr/%c3%b6mer-faik-and%c4%b1/?fbclid=IwY2xjawINOi9leHRuA2FlbQIxMAABHT5smEi1JLqQhwSCUZkK6iye6pKi8adPDQ9pCystTcyGl9WZ5Rx2mlzbCw_aem_qCjcmdm1ZkAutcicsGR_vw) məqalədə Azərbaycanın ictimai fikir tarixində böyük xidmətləri olan, ömrünü maarif çırağına çevirərək cəmiyyətin aydınlığa çıxmasında fədakarlıq göstərmiş Ömər Faiq Nemanzadənin keşməkeşli ömür yolu və yaradıcılığına, şəxsi keyfiyyətlərinə, ictimai fəaliyyətinə nəzər salınıb. Məqalədə, həmçinin 1872-ci ildə doğulmuş, həyatının son nöqtəsi 1937-ci ildə qurğuşunla qoyulmuş Ömər Faiqin 2024-cü ildə Azərbaycanın Söz Məbədində - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində abidəsinin açılışından bəhs olunub. Qeyd edilib ki, Ömər Faiq abidəsini görkəmli sənətkar, Xalq rəssamı Akif Əsgərovun tələbəsi olmuş gənc, istedadlı heykəltəraş Leyla Məmmədova yaradıb və bu abidə onun heç vaxt bitməyəcək ömrünün 152-ci ilində qismət olub.

Akademik Rafael Hüseynovun iki məqaləsi Türkiyənin “Təhsil” jurnalının xüsusi nömrəsində dərc edilib

“Şərəf tariximizdə yaşayan ad – Əhməd Pepinov – Ömərbəyov” adlı (https://www.egitisim.gen.tr/%c5%9feref-tarihimizde-ya%c5%9fayan-ad-ahmed-pepinov-%c3%b6merbeyov/?fbclid=IwY2xjawINOi1leHRuA2FlbQIxMAABHVYlvzDtTjlnZbjCqSCIeDbM2tffKQlFl6eO5aOD4R-e17XreNtJQmw4gg_aem_pY7wpUmM4BYAGJ1uqzocVQ) məqalədə isə Azərbaycan Xalq Cümhuriyyətinin və Qazaxıstan SSR-in ictimai-siyasi və dövlət xadimi Əhməd bəy Pepinov – Ömərbəyovun həyatı, siyasi fəaliyyəti ilə yanaşı, onun mədəniyyət və maarifçilik tariximizdə gördüyü işlərdən bəhs olunub. Əhməd bəyin yenilməz insan və qatı vətənpərvər kimi Vətənin müstəqilliyi uğrunda canından keçməyə, hər zaman vicdanının, əqidəsinin, namusunun, canının müstəqilliyini qanı, sinəsi ilə qorumağa hazır olduğu bildirilib.

Xəbərlər