Evlərdən və avtomobillərdən oğurluq edən iki qardaş saxlanıldı - VİDEO


Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Belə ki, iki naməlum şəxs rayon ərazisindəki evlərdən birinə daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyaları və elektrik avadanlıqları oğurlayıblar.

Nizami RPİ 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 28 yaşlı Vurğun İbrahimov və qardaşı - 36 yaşlı Müşfiq İbrahimov müəyyən olunaraq saxlanılıblar.

Onların oğurluq etmələri kamera görüntülərinə də düşüb.

Araşdırma zamanı onların paytaxtın ayrı-ayrı rayonlarında yerləşən evlərdən və iki avtomobildən oğurluq etdikləri də məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Aknews.az

Xəbərlər