Aİ Ukraynaya qarşı cinayətlər üzrə tribunal üçün vəsait ayırıb


Avropa İttifaqı Ukraynaya qarşı təcavüz cinayətlərini araşdıracaq xüsusi tribunal üçün 10 milyon avro ayırdı
Avropa İttifaqı Ukraynaya qarşı təcavüz cinayətlərini araşdıracaq Xüsusi Tribunala başlanğıc kapital olaraq 10 milyon avro ayırıb.

Bu barədə EU-nun xarici siyasət üzrə nümayəndəsi Kaja Kallas sosial şəbəkədə məlumat verib.

Kallas bildirib ki, tribunalın məqsədi Rusiya rəhbərliyinin Moskvanın Ukraynaya qarşı apardığı müharibədəki roluna görə məsuliyyətə cəlb olunmasıdır. O, Rusiyanın hərbi əməliyyatlara görə birbaşa məsuliyyət daşıdığını və bu hərəkətlərə görə layiqli cəza almalı olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən ilin oktyabrında Avropa Şurasının Baş Katibi Alen Berse Rusiya Federasiyasına qarşı xüsusi tribunalın yaradılması üzrə hazırlıqların davam etdiyini açıqlamışdı və tribunala ilkin maliyyələşmənin yaxın zamanda başlayacağına ümidini ifadə etmişdi.
Aknews.az

Xəbərlər